İŞİD sıralarında vuruşan daha iki Gürcüstan vətəndaşı həlak olub
19 Yanvar 2016 05:09 DünyaİŞİD sıralarında Suriyada vuruşan daha iki Gürcüstan vətəndaşının ölüm xəbəri gəlib.
Virtualaz.org saytı xəbər verir ki, Suriyada həlak olanlardan biri 24 yaşlı Ramzan Pareulidzedir. Kaxeti vilayətindəki Telavi universitetinin tələbəsi olmuş gənc 1 il əvvəl Suriyaya gedib.
Ölüm xəbəri gələnlərdən ikincisi 22 yaşlı Muhmad Turkoşvilidir. O, əvvəllər ailəsi ilə birlikdə Türkiyədə yaşayıb.
"Kaxeti informasiya mərkəzi" Suriyada həlak olmuş gürcü islamçılarının tam siyahısını dərc edib. Həmin siyahıda 14 nəfərin adı var.
Gürcüstan hakimiyyətinin rəsmi məlumatına görə, İŞİD sıralarında bu ölkənin 50 vətəndaşı vuruşur. Onların arasında terrorçu dəstənin liderlərindən sayılan Əbu Umar əş-Şişani ləqəbli Tarxan Batiraşvili də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00