Moskvadan beynəlxalq təyyarə reysləri ləğv edildi
19 Yanvar 2016 05:08 DünyaGüclü küləklə müşayiət olunan qar Moskvanın Şeremetyevo hava limanından yerinə yetirilməsi planlaşdırılan reyslərin ləğv olunmasına gətirib çıxarıb.
Virtualaz.org "Aeroflot" aviaşirkətinin rəsmi saytına istinadla bildirir ki, 18 və 19 yanvar tarixlərinə nəzərdə tutulmuş 31 reys ləğv olunub.
Bunların arasında Moskvadan Rusiyanın digər şəhərlərinə ediləcək təyyarə reysləri ilə yanaşı, Tel-Əviv, Paris, Münhen, Amsterdam, İstanbul və Budapeşt reysləri də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00