Məşhur boksçumuz vəfat etdi
18 Yanvar 2016 18:51 DünyaABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov vəfat edib. Trend-in məlmatına görə, bu barədə Qol.Az saytına onun yaxınları bildiriblər. "Emil Baku" ləqəbli idmançı beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, 1972-ci ildə Bakıda doğulan Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə "Baku" ləqəbini seçib.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00