Fransada işsizliyə görə fövqəladə vəziyyət elan olundu
18 Yanvar 2016 17:13 DünyaFransa prezidenti Fransua Olland ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib. Modern.az Qərb mətbuatına istinadla xəbər verir ki, prezident işsizlik problemini həll etmək üçün 2 milyard dollar vəsait ayıracağını və vergiləri artıracağını deyib. "İşsizlik yeganə problemdir ki, əhali üçün təhlükəsizlikdən də daha vacibdir". Fransua Olland ölkədə 10% (3,6 milyon nəfər) işsizin olduğunu etiraf edib və bununla bağlı proqram hazırlandığını deyib. "Fransız işçilərinin hazırlıq səviyyəsini və təhsilini artırmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00