"Donuz qripi"ndən daha 2 erməni öldü
18 Yanvar 2016 17:09 DünyaErmənistanda H1N1 virusundan ("donuz qripi") daha 2 ölüm halı qeydə alınıb. AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ölən şəxslər yanvarın 9-da ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Onlar ağciyərin süni ventilyasiyası aparatına qoşulublar. Son məlumatlara görə, daha 7 nəfər ağır vəziyyətdə süni ventilyasiya aparatına aparatına qoşularaq müalicə alır.
Qeyd edək ki, Ermənistanda H1N1 virusundan ölənlərin sayı 16 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00