177 təyyarə reysi ləğv edildi
18 Yanvar 2016 17:06 DünyaYaponiyanın şimal-şərq və şərq hissəsinə, o cümlədən paytaxt regionuna güclü qar yağması azı 120 nəfərə ziyan vurub. Report-un TASS-a istinadən məlumatına görə, zərərçəkənlərin əsas hissəsi paytaxt Tokio, eləcə də Tiba və Saitama prefekturalarının sakinləridir. Güclü qar yağışı nəqliyyatın işində də ciddi fəsadlara yol açıb. Yaponiyanın "Japan Airlines" və "All Nippon Airways" daşıma şirkətlərinin məlumatına görə, indiyə qədər artıq 177 təyyarə reysi ləğv edilib. Uçuş cədvəlindəki dəyişikliklər əsasən daxili marşrutlara aid olub. Yaponiyanın dəmir yolları operator-şirkəti "JR East" isə onlarla qatar reysinin ləğv edildiyini açıqlayıb. Bu reyslər əsasən Tokiodan ölkənin dağlıq rayonlarına olanlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00