Məşhur rus şirkəti Afrikadan çıxır
18 Yanvar 2016 15:40 DünyaRusiyanın "Lukoyl" şirkəti Kot d`İvuardakı layihələrini dayandıraraq ölkəni tərk edir. Report bildirir ki, bu barədə "İnterfaks" şirkətdəki mənbəsinə istinadən məlumat verib. "Lukoyl" 2006-cı ildən Kot d`İvuarda fəaliyyət göstərirdi. Şirkətin adıçəkilən ölkədə Qvineya körfəzində yerləşən beş dəniz kəşfiyyat layihəsi var. "Lukoyl" praktiki olaraq bütün layihələrdən çıxıb və ya çıxış üzrədir", - mənbə bildirib.
Qeyd edək ki, bir neçə il əvvəl "Lukoyl" Afrikaya böyük ümidlər bəsləyirdi. Amma şirkət heç bir böyük kommersiya kəşfi edə bilməyib. 2013-cü ildə Rusiya şirkəti Qərbi Afrikadakı bütün layihələrə görə 262 milyon dollar xərcləyib. Amma 2015-ci ildə "Lukoyl" Syerre Leonedəki layihələrindən imtina edib.
Ekspertlər isə hesab edir ki, neftin qiymətlərinin azaldığı zamanda Kot d`İvuardakı kimi dənizin dərinliklərindən neft çıxarmaq səmərəli deyil.