Rusiya nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında iştirak etməyəcəyi təsdiqlənib
18 Yanvar 2016 15:35 DünyaRusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bəyan edib. O qeyd edib ki, Rusiya AŞPA-dakı fəaliyyətini ancaq tamhüquqlu və bərabərtərəfli dialoq üçün şərtlər yarandığı halda nəzərdən keçirəcək. "Biz hadisələrin inkişafını diqqətlə izləyəcəyik. Açıq dialoq imkanları yarandıqda, başqa qərar qəbul edəcəyik", - deyə S. Narışkin qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00