Sosial şəbəkələrə qoyulan qadağa ləğv edildi

Qərblə nüvə razılığına gələndən sonra beynəlxalq sanksiyalardan xilas olan İranda sosial şəbəkələrlə bağlı qadağalarda da dəyişiklik edilib. Axar.az bildirir ki, bəzi istifadəçilər sosial şəbəkələrə qoyulan qadağanın aradan götürüldüyünü bildiriblər. İranlı jurnalist Alborz Həbibi Tvitter-dən mesaj yazaraq sosial şəbəkələr üzərindən senzurasız ilk tvitini atdığını qeyd edib: "Sanksiyasız İrandan atdığım ilk tvitdir. Eyni zamanda, ilk dəfə VPN istifadə edən senzuraya uğramadan tvit atıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00