Partiya sədrinə cinayət işi açıldı

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında araşdırma başladılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partiyanın şənbə günü iclasında çıxış edən Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt şəkildə tənqid edib. O, çıxışında Ərdoğanı diktator adlandırıb: "Ərdoğan üçün şərəf və namus anlayışı yoxdur. Ya prezident vəzifəsini düzgün icra elə, tərəfsizliyini qoru, ya da mən sənə hər gün şərəf və namus anlayışlarını xatırladım. Sən prezident seçiləndə şərəfin və namusun üstünə and içmisən. Soruşuram indi, sən şərəf və namusdan nə anlayırsan?"

İclasda iştirak edən iqtidar nümayəndələri bu sözlərdən sonra həmin yeri tərk ediblər. Bu gün Ankara Prokurorluğunda Kamal Kılıçdaroğlunun barəsində Ərdoğana dediyi sözlərə görə cinayət işi başlanıb, araşdırma aparılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00