BƏƏ neft ixracını dayandırır
18 Yanvar 2016 13:51 DünyaBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər. "APA-Economics"in məlumatına görə, bu barədə BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz "Twitter" səhifəsində yazıb. Baş nazir bildirib ki, "yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək". O əlavə edib ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00