
Leonid Slutski - Rusiya Dövlət Dumasının komitə sədri
Bəyanatda o da bildirilir ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.
"Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik. Təşkilatda tamhüquqlu iştirakımız mümkün olduqda biz AŞPA-ya qayıdacağıq", - bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilir.
Rusiyanın AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələri hələ yanvarın 15-də keçirilib. Rusiya tərəfinin bu addımı atmasına səbəb isə Avropa İttifaqının onlara qarşı sanksiyalar tətbiq etməsidir.
Bu barədə hələ ötən il Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov açıqlama verib.

Aleksey Puşkov - Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri