Cem Yılmaz həbs oluna bilər

Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətinin valisi Selim Cebiroğlu Türkiyənin məşhur komediya ustası Cem Yılmazı məhkəməyə verib. Milli.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, buna səbəb Cem Yılmazın Tvitterdə Selim Cebiroğlunu "təhqir" etməsidir. Belə ki, Selim Cebiroğlu iştirak etdiyi tədbirlərdən birində mərhum müəllim Halil Serkan Özün paltarını bəyənməyərək tənqid edib. Cem Yılmaz isə bununla bağlı Tvitter hesabından öz fikrini bildirib. Yazılan fikirdən təəccüblənən Selim Cebiroğlu komediya ustasını məhkəməyə verib. O açıqlamasında: "Müəllimin ölməsi sağlamlığı ilə əlaqəlidir. Bu xəbəri eşidib məyus oldum. Bunun mənim nə vaxtsa dediyim fikirlə əlaqələndirilməsi məni çox təəccübləndirdi", - deyib.

Cem Yılmaz isə məhkəmədə özünü müdafiə etmək üçün: "Bir çox mükafat almış mərhum müəllim Halil Serkan Özün tənqid olunmasını mediada yayılan xəbərlərdən eşitdim. Ölkə vətəndaşı olaraq buna məyus oldum və fikrimi bildirmək istədim. Məqsədim təhqir etmək deyildi, tənqid etmək hüququmdan istifadə etdim", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00