"İstəsəm, tüpürərəm, istəsəm, yalayaram"

Milli.Az xəbər verir ki, bu sözləri Türkiyənin gənc və populyar aktrisalarından biri, seriallar ulduzu Gonca Vuslateri "Hürriyət" qəzetinə müsahibə verərkən deyib. Aktrisa Yeni il tətili üçün Taylandın Phuket kurortuna birgə yollandığı səs mühəndisi Edip Burak Ertoğana ərə gedib. Onun qısa müddət ərzində gizli şəkildə türk millətindən olan biri ilə evlənməsi dedi-qodulara yol açıb. Buna səbəb isə aktrisanın əvvəlcə "mən türkiyəli oğlanla evlənmərəm" deməsi olub. Bu sözü ilə əlaqədar açıqlama verən aktrisa müsahibəsində "tüpürdüyün yaladı" iradlarına cavab verib: "İstəsəm, tüpürərəm, istəsəm, yalayaram. O vaxtlar türk kişilərinin adı təcavüzlərdə çox hallanırdı, mən də ona görə qorxub elə demişdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00