Ruhani: "Amerika şirkətlərinə güzəştli şərait yarada bilərik"
18 Yanvar 2016 10:38 Dünyaİrana qarşı sanksiyalar aradan qalxdıqdan sonra da ABŞ-la tammiqyaslı iqtisadi əlaqələr qurulmayacaq.publika.az bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani bazar günü keçirdiyi mətbuat konfransında bəyan edib."Bizim ABŞ-la hər hansı formada iqtisadi əlaqələrimiz olmayıb və olmayacaq da... Əgər hər hansı xüsusi bir məqam yaranarsa, əsasən də təyyarə məsələsində, bir sıra məhsulların ixracında, püstə və xalçaların ixracatında, o zaman əməkdaşlıq məsələsinə baxa bilərik. Bundan əlavə ABŞ İran iqtisadiyyatının inkişafı və müasir texnologiya sahəsinə investisiya qoymaq istərsə, o zaman Amerika şirkətlərinə güzəştli şərait yarada bilərik. Hansı ki, bu şirkətlər də fəaliyyətlərini ABŞ-dan həyata keçirməyəcəklər", - deyə İran prezidenti H.Ruhani bəyan edib.