Gürcüstanda bir nəfər “donuz qripi”ndən ölüb
18 Yanvar 2016 06:24 DünyaGürcüstanda bir nəfər "donuz qripi" xəstəliyindən dünyasını dəyişib. Bu barədə mətbuata Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini Paatu İmnadza məlumat verib. O deyib ki, hazırda ölkə əhalisinin hər 100 min nəfərindən 240-da bu xəstəliyin əlamətləri müşahidə olunur. Həkimlərə müraciət edən həmin 240 nəfərdən 37-də bu diaqnoz təsdiqini tapıb.P.İmanadze bildirib ki, hökumət əhalinin sağlamlığının qorunması, bu xəstəliklərin yayılmasının qarşısının alınması və xəstələrin sağalması istiqamətində mühüm tədbirlər görür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00