Türkmənistanda siqaret satışı yasaqlandı
18 Yanvar 2016 06:13 DünyaHakimiyyət dairələrinin yürütdüyü sərt antinikotin siyasəti ilə tanınan Türkmənistanda tütün məhsulları və siqaret satışı qadağan olundu.
Milli.Az The İndependent istinadən bildirir ki ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədovun fərmanı ilə ölkə ərazisində siqaret və tütün məmulatlarının satışı tamamilə yasaqlanıb. İki gün əvvəl ölkəyə qaçaq yolla gətirilən siqaretlər meydanda qurulmuş böyük sobada yandırılıb.
Fərmana görə, siqaret satılan dükanlar 690 manat məbləğində cərimlənəcək.
Dünəndən etibarən paytaxt Aşqabadda siqareti yalnız "qara bazar"dan almaq mümkündür.
Q.Berdıməhəmmədov "siqaret çəkənləri bu zərərdi vərdişi tərgitməyə sövq etməkdə uğursuz fəaliyyətinə" görə səhiyyə naziri Atadurdı Odmanovu vəzifəsindən kənarlaşdırıb.
Türkmənistanda 2000-ci ildə ictmai yerlərdə, küçələrdə və iaşə müəssisələrində siqaret çəkmək yasaqlanmışdı.