AEBA İranın nüvə proqramına dair hesabat dərc edib
17 Yanvar 2016 07:32 DünyaAtom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabatı dərc edib. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə AEBA-nın saytında dərc edilmiş məlumatda bildirilir.Təşkilatın baş direktoru Yukiya Amano sözlərinə görə, AEBA təsdiqləyir ki, İranın nüvə proqramına dair sazişin implementasiyası (praktiki icrası) üçün Tehran bütün tələbləri yerinə yetirib. AEBA rəhbəri İran-AEBA münasibətlərinin yeni mərhələyə keçdiyini qeyd edərək, bunun bütün dünya ictimaiyyəti üçün mühüm məqam olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00