İŞİD silahlıları Suriyanın Deyr-əz-Zor əyalətində 280-dək dinc sakini qətlə yetiriblər

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Deyr-əz-Zor əyalətində qocalar, qadınlar və uşaqlar daxil olmaqla 280-dək  dinc sakini qətlə yetiriblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Sputnik"ə  yerli sakinlər bildiriblər. Məlumata görə, dəhşətli qətliam  Deyr-əz-Zor əyalətinin Əl-Baqiliyyə kəndində baş verib.Terrorçular Əl-Baqiliyyə kəndini ordu qüvvələri ilə əməkdaşlıqda ittiham edərək dinc sakinləri kütləvi şəkildə qətlə yetiriblər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00