Tanınmış müğənniyə bir gündə ikiqat zərbə
Dion iki yaxın adamını eyni gündə itirib
17 Yanvar 2016 07:11 DünyaDünya şöhrətli müğənni Selin Dion bir gün ərzində iki sevimli yaxınını itirib.ANS PRESS-in məlumatına görə, eyni gündə kanadalı müğənninin həyat yoldaşı və qardaşı xərçəng xəstəliyindən vəfat edib.Əvvəl ifaçının 73 yaşlı əri Rene Anjelil dünyasını dəyişib. O səhərə yaxın Las Veqasdakı evində ölüb. Rene Anjelil Selin Dionun həm də meneceri idi. Cütlüyün 3 övladı var. Bunlar 14 yaşlı Rene Çarlz, 5 yaşlı əkizlər Nelson və Eddidir. Anjelilin digər münasibətlərdən də övladları olub - Ani Mari, Patrik və Jan Pyer.İkinci zərbəni isə müğənni bir neçə saat sonra alıb. Onun 59 yaşlı qardaşı Daniel xərçəng xəstəliyindən vəfat edib. Danielin beyni, dili və boğazında xərçəng aşkar edilmişdi. Kədərli xəbəri jurnalistlərə Danielin və Selinın bacısı Klodett bildirib.