ABŞ Konqresində həyəcanlı anlar: 8 nəfər xəstəxanalıq oldu

ABŞ Konqresinin binasında həyəcanlı anlar yaşanıb. Konqresin Vaşinqtondakı binalarının birində toksik maddədən zəhərlənmə olub, 8 nəfər xəstəxanaya yerləşdirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, hadisə Konqresin Nümayəndələr Palatasının yerləşdiyi binada - "Longworth House Office Building"də baş verib.

Hadisənin binada aparılan rəngləmə işləri və divarlara çəkilən boya ilə bağlı ola biləcəyi ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00