ABŞ-da ən çox axtarılan cinayətkar tutulub

Amerika Federal Tədqiqat Bürosu ən çox axtarılan cinayətkarlar siyahısında olan on nəfərdən birini həbs edib.

Gün.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Maloh Cekor Meyson iki bankı qarət etdiyi və Denverdə atəş açdığı üçün axtarışa verilmişdi.

O, cinayətləri ötən il sentyabr və noyabr aylarında törədib. Meyson Kolorado ştatının Tornton şəhərində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00