Havay adalarında ABŞ-a məxsus hərbi helikopterlər toqquşub
15 Yanvar 2016 18:59 DünyaHavay adalarında ABŞ-a məxsus iki hərbi helikopter toqquşub. APA-nın "The Independent" nəşrinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində helikopterlər suya düşüb. Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Helikopterlərdə 12 nəfərin olduğu bildirilir. "ABC news"un verdiyi məlumata görə, sahil xidmətinin əməkdaşları sahildən 4,5 km aralıda helikopterlərin hissələrini aşkar ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00