"Rusiya iqtisadiyyatını çökürdən neft deyil"
15 Yanvar 2016 18:17 DünyaNeftin qiymətinin dünya bazarlarında ucuzlaşması Rusiyanın iqtisadi problemlərinin əsas səbəbi deyil. Bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı deputat İlya Ponomaryov deyib. Onun sözlərinə görə, iqtisadiyyata ən çox Moskvanın beynəlxalq aləmdən təcrid edilməsi təsir edir: "Neft bizim üçün, sadəcə, valyuta və Qərblə ticarət etmək imkanıdır. Biz Qərblə ticarət etmək imkanlarını sanksiyalar və Ukrayna ilə müharibə ucbatından məhdudlaşdırırıq. Neft problemlərə səbəb olur, amma bu iqtisadi problemlər üçün əsas səbəb deyil. Rusiyalılar ölkədəki vəziyyətdən 2017-ci ildə bezəcəklər. Həmin ana qədər isə ölkədə hər hansı dəyişiklik olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00