Məşhur türk aktyoru vəfat etdi
15 Yanvar 2016 18:35 DünyaTürkiyənin usta sənətçilərindən olan Şefik Döğen 69 yaşında vəfat edib. Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, uzun müddətdir şəkər xəstəliyindən müalicə olunan aktyor bu gün dəfn ediləcək. "Yeşilçam" dövründə bir çox filmlərə çəkilən Ş.Doğen "Yaygara Yetmiş"dəki "Sərxoş Bekir" obrazı ilə yaddaşlarda qalıb. O, "Hayat Sevince Güzel", "Hayat Bayram Olsa", "Yuvasız Kuşlar" kimi sevilən filmlərdə də yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00