Aktrisa evlilik təklifini qəbul etdi
15 Yanvar 2016 18:30 DünyaSon olaraq "Güzel köylü" serialı ilə ekranlara gələn Gizem Karaca ərə gedir. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir iş adamı Kemal Ekmekçi ilə sevgili olan aktrisa Yeni il qabağı getdikləri İtaliya tətilindən fotoları İnstaqramda paylaşıb. K.Ekmekçi sevgilisinə elə həmin gəzinti zamanı evlilik təklifi edib. Aktrisa isə tərəddüd etmədən "hə" cavabını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00