Avropa Komissiyasından önəmli AÇIQLAMA: “Kipr adası bu il birləşəcək”
15 Yanvar 2016 16:28 DünyaKipr münaqişəsinin həlli 2016-cı ilin 1-ci semestrində baş tutacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan Klod Yunker deyib. "Mən tam əminəm ki, adanın birləşdirilməsi barədə yekun razılıq 2016-cı ilin 1-ci semestrində əldə olunacaq". 1974-cü ildə Türkiyə qoşunları Kiprin adasının 37%-ni nəzarətə götürüb. Bu bölgədə 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti elan olunmuşdu. Bu dövləti yalnız Türkiyə rəsmən tanıyıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00