"Qazprom" 2 milyard ziyana düşdü

Rusiyanın "Qazprom" şirkəti 2015-ci ilin üçüncü rübündə iki milyard rubl məbləğində zərərlə üzləşib. Report Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd edək ki, ötən ilin analoji dövründə holdinq 105,7 milyard rubl mənfəət əldə etmişdi. Şirkətin 2015-ci il sentyabrın 30-na olan xalis borcu iki milyard rubldan çox olub. Bu rəqəm 2014-cü ilin sonundan bəri 23% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00