“Ombudsmanın istefası göstərir ki, Ermənistandakı rejimi insan haqlarını pozmaqda davam edir”

Ermənistanın ombudsmanı Karen Andresyanın istefası referendum nəticələrinin saxtalaşdırılmasının davamıdır.  Azadinform-un məlumatına görə, bu barədə Yeni Ermənistan Cəbhəsi məlumat yayıb. Qeyd edilib ki, referendum ölkədə problemləri həll etmədi, konstitusional böhranı dərinləşdirdi: "Ombudsmanın istefası göstərir ki, Ermənistandakı rejimi insan haqlarını pozmaqda davam edir və  hakimiyyəti saxlamaq üçün demokratik standartları inkar edir. Bildirilib ki, Andresyanın istefası  onun institutunun insan haqlarının qorunması  sahəsində gücsüz olduğunu göstərdi.

Qeyd edək ki, ombudsman yanvarın 12-də istefa verib. Karen Andresyanın Respublikaçı partiya ilə münasibətləri gərgin olub.  Mediadakı  məlumatları  görə, bunun səbəbi  Andresyanla Ermənistan prezidentinin yeznəsi, Ermənistanın Vatikandakı səfiri Mikayıl Mianasyan arasında münaqişələr olmasıdır. Buna görə də partiya nümayəndələri  Minasyana loyallıq edib və parlamentdə Andresyanın  hesabatı tənqid edilib. Ekspertlər hesab edir ki, buna görə də Andresyan istefa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00