İŞİD öz "WhatsApp"ını yaratdı

Müxtəlif messencer sistemləri və sosial şəbəkələrdə akkauntları blok edilən İŞİD qruplaşması çarəni özünə yeni messencer yaratmaqda görüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şifrələnmiş messencer Android telefonlar üçündür və "Alwari" adlanır. WhatsApp və Telegram kimi analoqlarından xeyli zəif olsa da, yeni messencer terror qruplaşmasına təzə üzvlər cəlb etməkdə yardımçı olmalıdır. Bütün səylərə baxmayaraq, İŞİD qruplaşmasını sosial şəbəkələrdən tamamilə sıxışdırmaq mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00