Terrorçular hərbi bazanı ələ keçirdilər

Əş-Şəbab terror təşkilatı Afrika Birliyinin Somalinin Keniya ilə sərhədində yerləşən hərbi bazasına hücum edib. Axar.az  bildirir ki, qarşıdurma nəticəsində 50-dən artıq sülhməramlı hərbçi həlak olub. Somali Müdafiə Nazirliyinin nümayəndəsi Hüseyn Əbdül qarşıdurmanın hələ də davam etdiyini açıqlayıb. "Röyter"ə danışan Əş-Şəbab təşkilatının hərbi əməliyyatlar üzrə nümayəndəsi Şeyx Abdiaziz əbu Musab bazanı ələ keçirdiklərini, 63 sülhməramlı hərbçini məhv etdiklərini açıqlayıb. Musab bazada keniyalı hərbçilərin xidmət etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00