Çin ABŞ-dan xam neftin ilk partiyasını aldı
15 Yanvar 2016 15:41 DünyaÇinin dövlət neft- qaz korporasiyası Sinopec ixracat üçün qadağanın aradan qaldırılmasından sonra ABŞ-dan xam neftin ilk partiyasını alıb. Bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verib. "O, neftin növü, neftin qiyməti və tədarükün detalları barəsində informasiya verməyib", - deyə Reuters yazıb. "Amerika neftinin ixracı dünya bazarı üçün pozitiv xəbərdir və Asiya-Sakit Okean regionun öz ehtiyatlarını şaxələndirməyə imkan verir", - deyə mənbə əlavə edib. Treyderlər qeyd edirlər ki, neftin cari dünya qiymətləri nəzərə alınsa, ixrac ABŞ-a əlavə mənfəət gətirməyəcək.
Qeyd edək ki, China Petroleum and Chemical Corporation (Sinopec) şirkəti Çində PetroChina şirkətindən sonra ən böyük enerji şirkətidir. Şirkət neft və qazın geoloji kəşfiyyatı, emalı, neft-kimya, neft və qazın nəql edilməsi ilə məşğul olur. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama son 40 ildə ilk dəfə olaraq bu ölkədə neft ixracına qadağanı ləğv edib.