Somalidə 60-dan çox keniyalı hərbçi öldürülüb
15 Yanvar 2016 15:30 Dünya"Əş Şəbab" terror qruplaşması Somalinin cənubunda yerləşən Keniya hərbi bazasına hücum edib. Nəticədə 60-dan çox keniyalı hərbçi öldürülüb. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Keniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçular bazanın ərazisinə minalanmış avtomobillə daxil olublar. Xatırladaq ki, Keniya hərbçiləri Somalidə Afrika İttifaqının sülhməramlı missiyasının tərkibində xidmət edirlər. "Əş Şəbab" qruplaşması isə ölkənin böyük hissəsinə nəzarəti ələ keçirmək uğrunda Somali hökumətinə qarşı mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00