Məşhur aktyor qonşusunu öldürdü
15 Yanvar 2016 19:30 Dünya"Güclü reyncerlər, C.S.İ.: Mayami" və "Təcili yardım" seriallarında çəkilən amerikalı aktyor Rikardo Medina qətl törətməkdə ittiham olunur. Milli.Az bildirir ki, bu barədə AzVision.az "Entertainment Weekly"-yə istinadən xəbər verir. İstintaqın versiyasına görə, aktyor 31 yanvar 2015-ci il tarixində Los-Ancelesdə qonşusunu qılıncla vurub. Hadisəyə aktyorun sevgilisi ilə bağlı mübahisə səbəb olub. Hadisədən dərhal sonra Rikardo özü polisə və təcili tibbi yardıma zəng edib. Lakin həkimlər həmin şəxsin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, cinayət işi üzrə məhkəmə prosesi yanvarın 19-u başlayacaq. Aktyor 1 milyon dollar girov müqabilində azadlığa buraxıla bilər. Aktyorun vəkili idda edir ki, Medina qılıncdan özünümüdafiə məqsədilə istifadə edib.