Avrozona böhrana qalib gələ bildimi?
Bu gün Azərbaycana Avropa təcrübəsini örnək göstərənlər nədənsə böhranın Avrozonaya vurduğu zərbədən danışmaq istəmirlər
15 Yanvar 2016 13:46 DünyaKeçən ilin son aylarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarında yaşananlar, manatən məzənnəsinin 90 faizə qədər ucuzlaşması özü ilə bir sıra problemlə gətirdi. Təbii ki, meydana çıxan problemlər təbii amillərlə yanaşı süni amillərlə də bağlı idi. Belə ki, bəzi işbazların bazara təklif etdikləri mal və məhsulların qiymətini süni şəkildə artırması cəmiyyət tərəfindən haqlı narazılığa səbəb oldu. Həm yaranmış vəziyyət, həm də əhalinin sosial rifah halına təsir göstərən mənfi amillərin aradan qaldırılması məqsədilə hökumət təxirəsalınmaz tədbirlərə başladı. Xüsusilə Prezident İlham Əliyevin proseslərə ciddi nəzarət etməsi və vəziyyətdən çıxış yolu məqsədilə atılan vacib addımlar ölkənin ciddi bir böhranla üzləşməsi riskini azaltdı. Ancaq təssüflər olsun ki, hər zaman hakimiyyətin gördüyü müsbət işləri mənfi yöndən görən müəyyən dairələr yenə də əllərinə fürsət düşmüş kimi əsassız iddialar, ittihamlarla çıxış edərək meydana çıxan problemlərə qarşı əvvəlcədən müvafiq addım atılmadığı, bu sahədə yetərli işlərin görülmədiyini vurğulayırlar. Digər tərəfdən hökumətin antiböhran tədbirlərinə başlaması nəticəsində müəyyən islahatlar keçirməsini süngü ilə qarşılayır, bu islahatların müəyyən mənada işsiz ordusunun yaranmasına yol açacağını bildirirlər. Maraqlısı odur ki, bu gün hökuməti buna görə tənqid edənlər zamanında Avropanın da oxşar problemlə qarşılaşdığını, lakin həmin böhrandan asanlıqla çıxdığını iddia edirlər. Ancaq nədənsə Azərbaycanla Avrozonada baş verən böhranın oxşar və fərqli cəhətlərinə diqqət yetirilmir. Halbuki həmin dairələr özlərinin maraqlarına xidmət edən hər hansı məsələ olduğu zaman dərhal Azərbaycanın Avropa ilə müqayisəsini aparırlar.
Məlumat üçün qeyd etmək lazımdır ki, Avropa Birliyi ölkələrində baş verən böhranların səbəbi bizimkindən fərqli olsa da, əsas oxşarlıq böhranın fiskal amillərdən, yəni borc yükünün çox olmasından qaynaqlanması və büdcə konsalidadiyasinin aparılması ilə əlaqəli idi. Amma ekspertlərin dəyərləndirmələri və aparılan təhlillər də onu deməyə əsas verir ki, Avrozonada baş verən borc böhranı təkcə maliyyə sektoru ilə məhdudlaşmadı. İqtisadçı Elxan Mikayılov deyir ki, bu eyni zamanda ölkələrin iqtisadi artımına və işsizlik səviyyəsinə ciddi təsir etdi: "Belə ki, böhran keçirən ölkələrdə işsizliyin səviyyəsi pik həddə çatdı və bu bir çox sosial və siyasi böhranlara səbəb oldu. Ona görə də Avropa Birliyi səviyyəsində böhranla mübarizə tədbirləri kimi iqtisadi artımın gücləndirilməsi və işsizliyin azaldılması istiqamətində də müəyyən işlər həyata keçirildi. Banklara daha ciddi nəzarət mexanizmin qurulması, büdcə siyasətlərinə nəzarətin gücləndirilməsi və həyata keçirilən iqtisadi siyasətlərin daha effektiv olmasının təmin edilməsi istiqamətindəki tədbirləri bu qəbildən hesab etmək olar. 2010-cu ildə Avropa Birliyi iqtisadi artımı təmin etmək üçün ümumi məqsədlərə xidmət edən "Avropa 2020" Strategiyasın qəbul etdi ki, həmin strategiyada artımın daha ağıllı, davamlı və hərtərəfli çərçivəsi müəyyənləşdirildi. Əlavə olaraq 2012-ci ildə
Avropa Birliyinin liderləri Birliyi daha rəqabət qabiliyyətli etmək və iqtisadi artımı, investisiyaları və məşğulluğu stimullaşdırmaq üçün İnkişaf və Məşğulluq üzrə Paket hazırladılar və bu Paket çərçivəsində qısa müddətə Birlik ölkələrinə 120 milyard avroluq investisiyanın qoyulması planlaşdırıldı".
Elxan Mikayılovun sözlərinə gör, Avropa Birliyində böhran onu göstərdi ki, yalnız "kəmər sıxma", yəni, büdcə kəsirlərinin azaldılması yolu ilə böhranın öhdəsindən gəlmək olmaz. Daha çox diqqət investisiya qoyuluşlarının artırılmasına, dolayı vergilərin yüksəldilməsinə və əvəzində birbaşa vergilərin azaldılmasına, rəqabətliliyin və əmək məhsuldarlığının yükəsəldilməsin, eyni zamanda vahid işçi xərclərinin azaldılmasına, təndiyyə balansında mənfi saldonun qarşısının alınmasına və bu kimi digər iqtisadi faktorlara verilməlidir: "Bu baxımından Avropa Birliyi daha çox invesitiya qoyuluşu tədbirləri həyata keçirdi. Və 2011-ci ildə Avro Plyus Paketi qəbul edildi ki, bu paketin əsas məqsədləri rəqabət qaəbiliyyətliliyin artırılması, məşğulluğun yüksəldilməsi, dövlət maliyyəsinin davamlılığına tövhələrin verilməsi, maliyyə stabiliyyinin yüksəldiməsi, vergi siyasətlərinin daha effektiv koordinasiyası. Rəqabət qabiliyyətliliyin artırılması üçün vahid işçi xərclərinin azaldılması və məhsuldarlığın yüksəldilməsi, məşğulluğun artırılması üçün gənclərin işlə təminatının yaxşılaşdırılması, dövlət maliyyəsinin davamlılığın artırılması tədbirlərinə pensiyaların və sığortaların davamlılığın təmin edilməsi, pensiya yaş həddinin artırılması, daha çox özünü maliyyələşdirmə pensiya sisteminə keçidin təmin edilməsi və s. tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası artıq bəzi Birlik ölkələrində öz müsbət nəticələrin verməkdədir. 2013-cü ilin iyun ayında gənclərin məşğulluq səviyyəsinin artırılması məqsədilə Avropa Birliyi Gənclərin məşğulluq təşəbbüsünü qəbul etdi. Bu proqram çərçivəsində 2014-2015-ci illər ərzində gənclərin işlə təmin edilməsi üçün 6 milyard dollarlıq proqramın həyata keçirilməsi nəzərdə tutulub".
Füzuli