Suriyada İran generalı öldürüldü

İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb. Report  bildirir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid "Defapress" saytı məlumat yayıb. Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürüldüyü yer və tarix barədə məlumat verilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00