Sarkisyan ABŞ nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
15 Yanvar 2016 12:54 DünyaErmənistan prezidenti Serj Sarkisyan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. APA-nın "armenianreport.com"a istinadən verdiyi xəbərə görə, görüş zamanı təhlükəsizlik məsələləri, Ermənistan-NATO münasibətləri, Ermənistanın sülhməramlı əməliyyatlarda iştirakı, aktual beynəlxalq problemlər müzakirə mövzusu olub.
Qeyd edək ki, ABŞ rəsmisi Ermənistandan əvvəl Azərbaycanda səfərdə olub və bır sıra görüşlər keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00