Ukrayna Krımın qaytarılması üçün beynəlxalq mexanizm hazırlayır
15 Yanvar 2016 12:48 DünyaUkrayna "Cenevrə +" formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır. Modern.az saytı "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. "Bu cür mexanizmin yaradılması üçün biz Avropa İttifaqındakı tərəfdaşlarımız , ABŞ və, ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi "Cenevrə +" formatını nəzərdən keçiririk", deyə o bildirib. Poroşenko, Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00