Turist daşıyan avtobus qəzaya düşdü: 14 nəfər öldü
15 Yanvar 2016 12:46 DünyaYaponiyanın Naqani prefekturasında dəhşətli yol qəzası baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Karuidzava kurortu yaxınlığında turistik avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə Tokiodan turistləri gətirən avtobus qəfil yolun əks tərəfinə keçərək 3 metrlik yüksəklikdən yerə çırpılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Son illər "gündoğan" ölkədə sürücülərin rol arxasında yatmasına görə bir neçə ağır qəza baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00