Yeni valideyn olan məşhur cütlükdən xeyirxah addım
15 Yanvar 2016 19:20 DünyaYeni valideyn olan Neslişah Alkoçlar və Engin Altan Düzyatan cütlüyü kimsəsiz uşaqları sevindirmək qərarına gəlib. Gecce.az xəbər verir ki, yanvarın 9-da oğlu dünyaya gələn cütlük körpəyə göndərilən bütün hədiyyələri kimsəsiz uşaqlara bağışlayıb. Alkoçların ötən ay keçirdiyi "baby shower" partisinə gətirilən hədiyyələrlə yanaşı, firmaların göndərdiyi hədiyyələr haradasa 1 yük maşınını dolduracaq həcmə çatıb. Hədiyyələr arasında körpənin bir yaşına qədər bütün ehtiyaclarını ödəyəcək - yemək şüşəsindən körpə bezinə, üst geyimdən oyuncağa qədər yüzlərlə hədiyyə olub. Hədiyyələri ilk olaraq İnternat Məktəbinə göndərən cütlük hədiyyələrin davamı gəldikcə digər məktəblərə də göndərəcəklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00