Qazaxıstan özünü 20 dollarlıq neftə hazırlayır
15 Yanvar 2016 12:05 DünyaQazaxıstan dünya bazarında neftin 1 barelinin 20 dollar olacağı ehtimalına qarşı yeni iqtisadi konsepsiya hazırlayır. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə baş nazirinin 1-ci müavini Batıkjan Saqintayev məlumat verib. "Dünya bazarında neftin sürətlə ucuzlaşmasını və qeyri-müəyyən situasiyanı nəzərə alaraq dövlət başçısının göstərişi ilə hökumət neftin 20 dollar olacağı halda gözlənilən iqtisadi ssenariləri gözdən keçirir". Saqintayev bildirib ki, yaranmış vəziyyətdə hökumət dövlət büdcəsinin xərclər hissəsinə yenidən baxmalı olacaq və sosial sfera istisna olmaqla digər sahələrdə ixtisarlara gedəcək. Baş nazirin müavini 2015-ci ildə Qazaxıstan iqtisadi inkişafının 1,2% artdığını da deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00