Dünyanın ən qorxunc həbsxanası bağlanır
15 Yanvar 2016 12:02 DünyaQuantanamo həbs düşərgəsində 10 məhbus başqa təcridxanaya köçürülüb. Bununla da həbsxanada olan dustaqların sayı 93-ə enib. Axar.az bildirir ki, Ağ Ev sözçüsü Coş Ernest yaxın günlərdə daha 34 məhbusun başqa həbsxanaya göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Quantanamoda qalan məhbusların əksəriyyəti yəmənlidir. Xatırladaq ki, Buş Administrasiyası dövründə sözügedən həbsxanada məhbusların sayı 779-a çatmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00