Yaponiyada turist avtobusu aşıb: 14 ölü, 27 yaralı

Yaponiyada turist avtobusunun qəzaya uğraması nəticəsində 14 nəfər həyatını itirib, 27 nəfər yaralanıb. Daha öncə 13 nəfərin öldüyü, 28 nəfərin yaralandığı barədə məlumat yayılmışdı. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 02:00-da baş verib. Qeyd olunur ki, avtobus qarşı yola çıxaraq, hasara çırpılıb və nəticədə aşıb.Yaralananlar xəstəxanaya çatdırılıb. Polis qəzanın səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00