İsveç Krallığında Gəncədəki terror aktları pislənilib- FOTO
25 Oktyabr 2020 22:43 Diasporaİsveç Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi "T-Central"dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Olaylar"-a verilən məlumata görə, Azərbaycan icmasının iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə üçün dua et", "Erməni terroruna son!", "Uşaqları öldürməyin!", "Mülki şəxsləri öldürməyin" "Biz terrora yox deyirik", "Erməni təcavüzünə son", "Biz ədalət istəyirik!" kimi şüarlar diqqətə çatdırılıb.
Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31