Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib
Almaniyanın Hamburg və Frankfurt şəhərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikindci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub. Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb.
24 Oktyabr 2020 18:26 DiasporaAlmaniyanın Hamburg və Frankfurt şəhərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikindci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub. Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb. Anım mərasimində soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.