Teatr və kino
“Cəza” festivalda dəfələrlə nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilib. Olaylr.az bildirir ki, sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yenidən nümayiş etdirib.
“Cocuqlar Duymasın” serialının məşhur aktyoru Musiqili Teatrda
Qurumun Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcanı teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
“Dəli yığıncağı” tələbələrin təqdimatında
“Monotamaşalar paradı”na uğurla yekun vuruldu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində nümayiş olunan monotamaşalar uğurla nümayiş olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”, Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda “Sonluğun sonu”, Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.
“Leyli və Məcnun” operasının 110 illiyi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub. Yubiley tamaşasında Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
Teatrda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
20 Yanvarla bağlı Nizami Kino Mərkəzində dəyişiklik
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib. Kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Yanvarın 20-də saat 15:00-da kinoteatrda "Nabat" filmi nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur. Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.
Musiqili Teatrın növbəti həftəsonu repertuarı zəngindir
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftəsonu repertuar planını açıqlayıb. Belə ki, teatrsevərlər sənət ocağında yanvarın 26, 27 və 28-i “Qafqazlı qardaşqızı”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Talelər qovuşanda”, “Meşə çaqqalsız olmaz”, “Düyməcik” tamaşalarını izləyə biləcəklər. Bu barədə Olaylar.az -a teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova məlumat verib. Onun sözlərinə görə, “Qafqazlı qardaşqızı” və uşaqlar üçün hazırlanan “Düyməcik” tamaşaları rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
“Mənim günahım” yenidən səhnədə
Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az - a məlumat verilib ki, səhnə əsərində bu dəfə Nurcahan rolunu Əməkdar Artist Nərgiz Kərimovanın ifa edəcək. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını uzun illər Xalq Artisti Şükufə Yusupova canlandırıb.
Milli Qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olundu
Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir.
Teatrda yeni tamaşa - “Çeburaşka”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Olaylar.az bildirir ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.
Sarayda möhtəşəm tamaşa nümayiş olunacaq
Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
İlin ilk tamaşası nümayiş olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - “Qətibə İnanc”ı tamaşaçılara təqdim edib. İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
“Ən yaxşı bədii film” mükafatına layiq görüldü - "Çölçü"
Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.
“Nar bağı” Bolqarıstanda nümayiş olunacaq
“Nar bağı” bədii filmi Bolqarıstanda keçirilən 10-cu Sofia MENAR Film Festivalında nümayiş olunacaq. Filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.






.jpg)







