Teatr və kino
“Oyuq”çular yaşıdlarını sevindirdilər
Yanvarın 12- də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrın bir qrup aktyoru və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular. Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı.
“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq
Yanvarın 16 - da Nizami Kino Mərkəzində saat 19:00 -da Rza Rzayevin ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin – “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq. Bununla bağlı rejissor Rza Rzayev öz fikirlərini bölüşüb. O, “Geyilməmiş Ayaqqabılar” filmi haqqında yazan mətbuat işçilərinə və Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür edib:
Milli qəhrəmanlara həsr olunan filmlər nümayiş olunacaq
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq. Olaylar.az bildirir ki, filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.
“Vurğuna vurğun gəlin” tamaşası nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, Əməkdar Artist Lətifə Əliyevanın ifasında tanınmış şair Zaməddin Ziyadoğlunun yeni - “Vurğuna vurğun gəlin” monotamaşasına daxili baxış keçirilib. Olaylar.az bildirir ki, L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş tamaşa müəllifin Xalq Şairi Səməd Vurğuna həsr etdiyi eyniadlı pyes əsasında hazırlanıb.
İlin ilk premyerası – Opera və Balet Teatrında
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti ilin ilk səhnə əsərinin premyerasına hazırlaşır. Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti fevralın 3-də ictimaiyyətə təqdim olunacaq. Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar Artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.
“Çölçü”dən növbəti uğur
Rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb. Olaylar.az bildirir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.
Gənc Tamaşaçılar Teatrında premyeralar
Yanvarın 9-da Gənc Tamaşaçılar Teatrında Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Olaylar.az bildirir ki, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisun “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir.
"Hörümçək adam"a ictimai baxış
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il şənlikləri çərçivəsində təqdim ediləcək Sten Linin “Hörümçək adam” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib. Olaylar.az bildirir ki, maraqlı tamaşa və Yeni ilin personajlarının yer aldığı səhnələr qış tətili günlərində teatrımızı istirahət məkanı kimi seçən məktəblilərə əsl bayram əhvalı bəxş edəcək.
Mir Sahib Ağazadənin quruluşu əsasında “Fəna”
Dekabrın 28-də “Yuğ” Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşası nümayiş olunacaq. Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında izləniləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar Rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu iştirak edirlər.
Teatr universitetin qonağı olacaq
Dekabrın 30 – da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcək.
“Cırtdan” yeni quruluşda - Premyera
Dekabrın 24-də Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında premyeraya olacaq. Olaylar.az bidirir ki, şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb.
“Qara bağ” - Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film”
Rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az -a bildirilib ki, dünən baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.
Beynəlxalq Kino Gününə həsr edilmiş konsert
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 dekabr - Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir keçirilib. Muzeyin direktoru Sevinc Mikayılova Azərbaycanda kino sənətinin inkişafından, kinolarımıza musiqi bəstələyən görkəmli bəstəkarlardan söhbət açıb.
Qara Qarayevin 100 illiyi - "Qoyya" baleti
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinin quruluş verilir. Olaylar.az bildirir ki, tamaşanın quruluşu Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət edilib.
“Kamança” pyesi səhnələşdirilib
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.









.jpg)




