Mir Sahib Ağazadənin quruluşu əsasında “Fəna”
Dekabrın 28-də “Yuğ” Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşası nümayiş olunacaq. Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında izləniləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar Rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu iştirak edirlər.
27 Dekabr 2017 09:03 Teatr və kinoDekabrın 28-də "Yuğ" Dövlət Teatrında Orxan Fikrətoğlunun "İtki" və bir neçə hekayəsi əsasında hazırlanan "Fəna" tamaşası nümayiş olunacaq.
Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında izləniləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar Rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu iştirak edirlər.
Janrı "bir nəfəslik mərifət oyunu" kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.