Teatr və kino

"Hörümçək adam" Gənc Tamaşaçılarda

20 Dekabr 2017 19:36

Yeni ilin ilk günlərində Gənc Tamaşaçılar Teatrının “Hörümçək adam“ səhnəsində uşaqlarla görüşə gələcək. Olaylar.az bildirir ki, Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim ediləcək. 

Nazirlik müsabiqənin şərtlərini açıqladı

19 Dekabr 2017 14:46

Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli mənəvi və ümumbəşəri dəyərləri təbliğ etməkdir.

Məşhur aktyor kinostudiyanın direktoruna ÜSYAN ETDİ: “Adamını tanı. Ağıllı ol"

19 Dekabr 2017 11:44

Məşhur aktyor Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Müşfiq Hətəmov haqqında sosial şəbəkədən etdiyi paylaşım hər kəsin diqqətinə səbəb olub. Belə ki, Hikmət Rəhimov Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində  Hikmət Rəhimov "Üçüncü günün adamı" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdu. Aktyor paylaşımında Kinostudiyanın direktorunun bu haqda söylədiyi fikirlərə etiraz edib. Olaylar.az Hikmət Rəhimovun facebook sosial şəbəkəsində yazdığı statusu olduğu kimi təqdim edir:

Nodar Şaşıqoğlu xatırlanacaq

18 Dekabr 2017 15:29

Dekabrın 19 – da Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycanın dramatik teart və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, xatirə gecəsində sənətkarın yaradıcıllıq xüsusiyyətlərindən danışılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq, eyni zamanda Azərbaycan teatr və kino tarixində özünəməxsus yer tutan Nodar Şaşıqoğlunun yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrında yeni layihə -  “Monotamaşalar paradı”

16 Dekabr 2017 12:45

Yanvarın 9 - dan 16 - na kimi  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yeni , “Monotamaşalar paradı” adlı layihə təqdim olunacaq. Olaylar.az bildirir k, “Kiçik səhnə” də janr, mövzu baxımından bir-birindən maraqlı tamaşalarla aktyorlar öz məharətlərini göstərəcəklər. Layihə çərçivəsində aktyorlar dialoq üslubundan kənar monoloq janrında öz aktyorluq bacarıqlarını ortaya qoyacaqlar. Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, mükafatlara layiq görülmüşdür.

Teatr direktoru  Beynəlxalq festivalda münsiflər heyyətində yer aldı

14 Dekabr 2017 15:50

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a bildirlib ki, tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar – 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.

Səyavuş Aslanın oğlu: “Uşaqlarım məni axtarmır” – MÜSAHİBƏ

14 Dekabr 2017 10:50

Səyavuş Aslanın oğlu Çingiz Aslanla müsahibəni təqdim edirik. - Niyə bu qədər niskilli səslə ağlayırsız, Çingiz müəllim? - Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?

Aktyorlarımız festivalda qalib oldular

14 Dekabr 2017 09:17

Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Aktyorlarımız Hikmət Rəhimov və İlahə Həsənova festivalda mükafata layiq görülüblər. Hikmət Rəhimov “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında, aktrisa İlahə Həsənova isə “Nar bağı” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında qalib olublar.

Rusiya mətbuatı hansı aktyorumuzdan yazdı?

13 Dekabr 2017 19:15

Xəbər verdiyimiz kimi ADGTT-nın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında uğurla çıxış edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülmüşdü. Olaylar.az bildirir ki, Festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edən aktyorunuzn oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilib.

Həftəsonu 8 tamaşa nümayiş olunacaq - Gənc Tamaşaçılar Teatrında

13 Dekabr 2017 19:12

Gənc Tamaşaçılar Teatrı dekabr ayının 15-də saat 14:00-da böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan”, saat 19:00-da isə türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşalarını nümayiş etdirəcəkdir. Olaylar.az bildirir ki, dekabrın 16-da axşam saat 19:00-da L.Nurenin “Mən gəldim qızlar”, 17-də isə saat 19:00-da D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyasını təqdim edəcəkdir.

Azərbaycan və Belaruslu opera ulduzları birgə çıxış edəcəklər

13 Dekabr 2017 19:09

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün Teatrın öz yetirməsi, hazırda Almaniyanın Manhyem Milli Operasında çalışan istedadlı opera sənətçisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevi dəvət etmişdir. Almaniyada çalışmaqla bərabər mütəmadi olaraq həm də Avropanın bir sıra ölkələrində ən mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən, onu böyük həvəslə qəbul edir.

Akademik Milli Dram Teatrında premyera

13 Dekabr 2017 18:58

Dekabrın 14-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi

13 Dekabr 2017 18:54

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur. Qurumun Mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, Dövlət Musiqili Teatrında 80 illik yubileyi münasibəti ilə Zemfira Quliyevanın xatirəsi anılacaq. Belə ki, dekabrın 17 - də  dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi mərhum aktirisanın 80 illiyinə həsr olunacaq. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

Kukla Teatrında “Qış nağılı”

12 Dekabr 2017 20:47

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işi ərsəyə gətirir. Olaylar.az bildirir k,  yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək. Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakatlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.