Teatr və kino

"Min bir gecə" və "Sevil" operaları nümayiş olunacaq

11 Dekabr 2017 19:51

Dekabrın 17 - d Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operası nümayiş olunacaq. Olaylar.azbildirir ki, görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.

Komediya janrında olan filmlərin nümayişi dayandırılacaq

11 Dekabr 2017 16:08

Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib. Olaylar.az bildirir ki, dekabrın 12 –də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.

“Ümid” qısametrajlı tələbə filmi nümayiş olundu

9 Dekabr 2017 10:46

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.

Azərbaycanlı rejissor Moldovada tamaşa hazırlayır

9 Dekabr 2017 10:38

Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Olaylar.az bildirir ki, həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü və İliya Haci, Rinat Radov çıxış edirlər. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.

Xalqa bağışlanan ömür

8 Dekabr 2017 12:40

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış edib.

“Çölçü” filmi “Cult” beynəlxalq film festivalında

8 Dekabr 2017 09:53

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az- a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

"Nar bağı" filminin yaradıcı heyəti tələbələrlə görüşdü

8 Dekabr 2017 09:21

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ekran əsərinin nümayişindən sonra yaradıcı heyət tələbələr ilə görüşüb. Olaylar.az bildirir ki, tədbirdə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə və Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli film haqqında fikirlərini bölüşüb, onu yüksək qiymətləndiriblər. Daha sonra filmin rejissoru İlqar Nəcəf və ssenari müəllifi Asif Rüstəmov tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Bülbülün 120 illik yubileyi – “Koroğlu” operası

7 Dekabr 2017 16:39

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşa görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyinə həsr olunub.

Məmməd Səid Ordubadinin əsəri Akademik Milli Dram Teatrın səhnəsində

7 Dekabr 2017 14:33

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, son məşqləri gedən iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

6 Dekabr 2017 20:14

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları sevindirməkdə davam edir. Kollektiv dekabrın 9-da saat 12:00 və 14:00-da P.Panço “ Dörd əkizin nağılı”, dekabrın 10-u eyni saatlarda Ş.Perro “Çəkməli pişik” tamaşalarını kiçik yaşlı tamaşaçılarına təqdim edəcək.

YUĞ -da “Quş dili”

6 Dekabr 2017 19:59

Dekabrın 7 -də  “YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki,  Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Filmlərimiz 5 – ci Antakya Beynəlxalq Film Festivalının final mərhələsində

6 Dekabr 2017 14:04

Türkiyədə keçirilən 5 – ci Antakya Beynəlxalq Film Festivalının uzun metrajlı film müsabiqəsinin finalında Azərbaycandan “Nar bağı” və “Üçüncü günün adamı” filmləri mübarizə aparacaqlar. Olayar.az bildirir ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Cəfər Namiq Kamal Gənc Tamaşaçılar Teatrının səhnəsində

6 Dekabr 2017 09:02

Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşada əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.

Hikmət Rəhimov və Rasim Cəfər “Yuğ” dan getdilər

5 Dekabr 2017 16:15

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. Bu barədə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

Musiqili Teatrda həftəsonu

5 Dekabr 2017 15:47

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, tamaşaçılar dekabrın 8, 9, 10 -da “Fransızsayağı qarnir”, “Düyməcik”, “Baladadaşın toy hamamı”, “Qırmızıpapaq” və “Amerikalı kürəkən” tamaşalarını izləyə biləcək.